Formula 1 Azərbaycan Qran prisinin qalibi: Luis məni təzyiq altında saxlayırdı

Formula 1 Azərbaycan Qran prisinin qalibi: Luis məni təzyiq altında saxlayırdı
18:32 28 Aprel 2019
34 İdman
Ölkə mətbuatı
A- A+

"Liderlər qrupunda çox hadisə baş verməsə də, yarış çox ağır oldu. Axı Luis bütün yarış boyu məni təzyiq altında saxlayırdı. Mən səhvə yol verə bilməzdim və ona görə də həmişə vəziyyəti nəzarətdə saxlayırdım. Mən damalı bayrağı görəndə və finisə birinci catmağıma çox sevindim".

Milli.Az xəbər verir ki, bunu 2019 Formula 1 Azərbaycan Qran prisində qalib gəlmiş "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas bildirib.

Onun sözlərinə görə, bu uğur onlar üçün çox əhəmiyyətlidir: "Komanda heyrətamiz nəticələr əldə edir. Mən həmişə uşaqlara deyirəm: bu komandada çıxış etdiyimə görə fəxr edirəm! Biz hamımız əla çalışırıq. Mənim 5-ci dəfə qalibiyyət qazanmağım isə çox əladır. Hər şey də gözəl davam edir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR