İndoneziyada güclü daşqınlar - 10 ölü

İndoneziyada güclü daşqınlar - 10 ölü
18:47 28 Aprel 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, leysan yağışlar səbəbindən bölgədə bir neçə çay daşıb, ətraf əraziləri su basıb.

Təbii fəlakət nəticəsində həmçinin torpaq sürüşmələri baş verib, əyalətin digər rayonlarla əlaqəsi kəsilib.

Qubernator xilasedicilərin əhalini təxliyə etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR