Roac Bolt - avtomobilləri ağıllı hala gətirən cihaz

Roac Bolt - avtomobilləri ağıllı hala gətirən cihaz
20:17 28 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Avtomobil sənayesinin nəhəngləri, vasitələrini hər keçən gün daha ağıllı hala gətirəcək xüsusiyyətlər əlavə edir, bunun müqabilində texnologiya şirkətləri də avtomobili köhnələn istifadəçilərin bu xüsusiyyətlərdən məhrum qalmaması üçün yeniliklər təqdim edir. Google şirkətinin Roac Bolt adlı cihazı, köhnə avtomobilləri bir anda ağıllı hala çevirə bilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Kaliforniyada yerləşən texnologiya nəhəngi Google, avtomobilləri Google Assistentin qabiliyyətlərilə təchiz edərək ağıllı hala gətirən cihazı Roac Bolt üçün bir məlumat paylaşdı. Avtomobillərdəki enerji girişinə taxılaraq istifadə edilə bilən Roac Bolt, smartfonlara da Bluetooth vasitəsilə bağlana bilən xüsusiyyətilə yanaşı vasitənizdə sanki Google Home təcrübəsi yaşamanıza imkan verir.

Səsli əmrlərlə idarə edilə bilən Roac Bolt, gerçək zamanlı naviqasiya dəstəyi sayəsində yol tərifi verə bildiyi kimi nəqliyyat vəziyyəti məlumatlarını da sürücü ilə paylaşa bilir. Musiqi çala bilmə, xəbər oxuya bilmə, telefona gələn mesajları səsləndirə bilmə və axtarış edə bilmə xüsusiyyətlərinə sahib Roac Bolt, uzaqdan ağıllı ev cihazlarını nəzarət etmə fürsəti də təqdim edir.

Köhnə vasitələrdə istifadə edilə bilməyən bir çox xüsusiyyəti yalnız 49 dollar müqabilində istifadə edə bilməyimizi təmin edən Roac Bolt, bu an üçün Çinin elektron şirkəti Ankerdə ön sifarişə açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR