Nazarov komandasına vacib qələbə qazandırdı - 90+4-də

Nazarov komandasına vacib qələbə qazandırdı -  90+4-də
20:27 28 Aprel 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın ikinci bundesliqasında 31-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu bu tur doğma meydanda "Bohum"u qəbul edib və 3:2 hesablı qələbə qazanıb. Aue təmsilçisinə qalibiyyəti gətirən qolu isə məhz Nazarov vurub. Oyuna ehtiyatda başlayan və 75-ci dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 90+4-cü dəqiqədə penaltidən fərqlənməklə, komandasına vacib 3 xal qazandırıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Erzgebirge" autsayderlər qrupundan uzaqlaşaraq, 13-cü pilləyə yüksəlib. "Bohum" isə 39 xalla 10-cu pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR