İsrail diplomatı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub

İsrail diplomatı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub
20:36 28 Aprel 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub.

Bunu Trend-ə İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozenberq deyib.

O qeyd edib ki, İsrail milli komandası ikinci dəfədir Bakıda Dünya Kubokunda iştirak edir: "Bakıda, bizə dost ölkədə İsrail gimnastlarının çıxışlarını izləmək mənim üçün böyük şərəfdir. Bu cür peşəkar təşkil olunmuş yarışda qonaq olmaqdan da qürur duyuram".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başa çatıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilib.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3053747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR