Toyota ön sırada biroturacaqlı elektrik konseptini təqdim etdi

Toyota ön sırada biroturacaqlı elektrik konseptini təqdim etdi
22:17 28 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Toyota şirkəti Şanxay avtomobil sərgisində öyrəşmədiyimiz elektrikli konsept nəqliyyat vasitəsini tanıtdı. Ön sırada bir oturacağı olan nəqliyyat vasitəsi misilsiz dizaynı ilə diqqət çəkir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Toyota şirkəti bu il Şanxay avtomobil sərgisində hibrid və tam elektrikli nəqliyyat vasitələrini gətirdi. Toyotanın paylaşdığı bir yazıya görə Rhombus adlı vasitə, 1990-cı ildən sonra dünyaya gələn istehlakçıları hədəfləyərək düşünülmüş batareyalı bir elektrikli vasitə anlayışıdır. Bu vasitə, şirkətin Çindəki araşdırma və inkişaf etdirmə təsisi TMEC tərəfindən hazırlanıb.

Vasitə yan tərəflərdə ön və arxa kreslolara keçmənizi təmin edən geniş bir qapı ilə öyrəşmədiyimiz bir dizayna malikdir. Ancaq vasitənin ən cəlbedici tərəfi bu deyil. Tipik iki oturacağın əksinə, qabaqda bir ədəd dönən oturacaq və arxada iki oturacağı olan nəqliyyat vasitəsi, istifadəçilərə kiçik bir lobbi təqdim edir.

Toyota gələcək beş ya da altı il ərzində dünya səviyyəsində 10-dan çox batareyalı elektrikli maşın modelləri hazırlamağı planlaşdırdığını açıqladı. Toyotanın bu modellər üçün 2030-cu ilə qədər elektrikli hala gətirilmiş 5,5 milyon maşın satmaq hədəfi var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR