Xorvatiya XİN rəhbəri Azərbaycana gəlib

Xorvatiya Baş Nazirinin Müavini və Xarici İşlər və Avropa Məsələləri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.

Metbuat.az xəbər verir ki, nazir səfəri çərçivəsində sabah Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.

Nazirin səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü olacaq.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR