Uşaqlarına bu adı verdi, vətəndaş müharibəsi və daha nələr...

Yaşadığımız hər günün xüsusi anlamı, keçmişdən bizə gələn tarixə çevrilən hadisələrlə zəngin bir dəyəri var.

Mətbuat.az bu gündən etibarən həmin təqvimə aid əlamətdar hadisələri sizə təqdim edir.

29 aprel tarixinin bəzi hadisələrini təqdim edirik:

1945– İkinci Dünya Müharibəsi: Sovet tankları Berlinə daxil olub.

Berlin döyüşü Sovetlər İttifaqının İkinci Dünya Müharibəsinin sonlarında keçirdiyi ümumi hücumlardan biri olan Berlin Strateji Hücum Hərəkatı sonunda baş verən döyüşdür. Avropa Cəbhəsindəki son ümumi hücum olmaqla birlikdə, Nasist Almaniyasının qeyd-şərtsiz təslimi ilə nəticələndiyi üçün müharibəni qurtaran döyüş kimi qəbul edilir. Berlin döyüşü, sadəcə, Berlini almaq üçün girişilən bir hücum idi. Əsas olaraq üç Sovet cəbhəsi qüvvələrinin, hazırda Almaniya ərazisində olan Elba çayının şərqindəki Alman ərazilərinin işğalını qarşısına məqsəd qoyurdu. Elba Alman torpaqlarını şimaldan cənuba təxminən iki yerə bölür. Berlin döyüşü isə, şəhərin Qızıl Ordu birləşmələri tərəfindən ələ keçirilməsi üçün idi, qarşıdurmalar şəhər sərhədləri içində baş verdi və Avropa Cəbhələrində müharibənin sonunu gətirdi. 15-16 apreldə başlayan döyüş 1945-c il may ayının 2-də səhər saat 6-da Berlin süqut etməsi, və 416-cı Taqanroq diviziyasının iştirak etdiyi Berlin əməliyyatı faşist işğalçılarına qarşı II Dünya Müharibəsinin son əməliyyatı olaraq tarixə keçdi. Berlin alındıqdan 7 gün sonra Hitler Almaniyası təslim oldu. 1945-ci ilin may ayının 9-u Qələbə günü kimi tarixə keçib.

1955 – Cənubi Vyetnamda vətəndaş müharibəsi başlayıb.

1984- Dünya Rəqs Günü kimi qeyd edilməyə başlanılıb.

Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdi

1992 - Azərbaycan RespublikasıCənubi Afrika ilə diplomatik əlaqələr qurmuşdur

29 Aprel həmdə istər siyasət, istər elm, istər incəsənət, istərsədə idman sahəsində nüfuz qazanmış bəzi şəxslərin doğum günləri kimidə tarixə düşüb.

1983 - Semih Şəntürk - türk futbolçu.

29 aprel 1983-cü ildə, İzmir, Bornovada anadan olan futbolçu — Fənərbaxça klubunun və Türkiyə milli futbol komandasının hücumçusu olub. Adətən oyunlarda meydana ehtiyat oyunçu kimi çıxıb qol vurması ilə tanındığına görə "növbətçi qolçu" ləqəbini alıb. 2007/2008-ci il mövsümü Futbol üzrə Türkiyə çempionatında 17 qol vuraraq qol kralı olub.


1901 - Hirohito - yapon imperatoru.

25 dekabr 1926-cı ildə atası imperator Taysenin vəfatından sonra, taxt-tac Hirohitoya miras qalıb və onun hakimiyyət dövrünə "Syova" - ("Mədəni dünya")şüarı verilib. Hirohitonun imperatorluq dövrünün ilk hissəsi (1926-1945-ci illər) ölkənin artan hərbi gücüylə tarixə düşüb.

1954 - Deniel Del Lyüis - aktyor.

Müxtəlif illərdə "Qan olacaq"( There will be blood), "Mənim sol ayağım" ( My Left Foot ) filmlərində oynadığı rollarla ən yaxşı kişi oyunçu naminasiyası və 2013-cü ildə "Linkoln" (Lincoln) filmi ilə "Ən Yaxşı Kişi Oyunçu Akademiya Mükafatı" Oscar mükafatı almış ingilis əsilli oyunçudur. O, bir çox filim, televizya verilişləri, teatrlarda etdiyi çıxışları ilə böyük uğur və şöhrət qazanıb.

1958 - Mişel Pfayffer - amerikalı aktrisa.

Film karyerasına 1980-ci ildə rol aldığı "Hollivud Cəngavərləri"(The Hollywood Knights) başlayan aktrisa, ancaq diqqətlərini üzərinə ilk dəfə "Yaralısifət"(Scarface (1983)) filmindəki rolu ilə çəkə bilib. Pfayfer Dangerous Liaisons filmindəki performansıyla "Ən Yaxşı Köməkçi Qadın Aktrisa Akademiya" mükafatına və The Fabulous Baker Boys (1989) və Love Field (1992) filmləriylə "Ən Yaxşı Qadın Aktrisa Akademiya" Mükafatına namizəd göstərilib. Ticari baxımdan böyük uğur əldə edən filmləri isə Batman Returns (1992), What Lies Beneath (2000), və Hairspray (2007) 'dir. Oynadığı digər filmlər arasında Ladyhawke (1985), The Witches of Eastwick (1987), Married to the Mob (1988), The Age of Innocence (1993), Wolf (1994), Təhlükəli düşüncələr (1995), I Am Sam (2001) olub.

1970 - Uma Turman - amerikalı aktrisa.

Uma Turman 19 aprel 1970-ci ildə Bostonda (ABŞ) doğulub. Anası Nena von Şlebrüqqe İsveç əsilli model, atası Robert Turman isə professor olub. Robert Turman buddizm üzrə Kolumbiya Universitetində dərs deyib və uşaqlarını da buddist təlim-tərbiyəsi ilə böyüdüb. Hətta o öz uşaqlarının adlarını da hind adları qoyub. Umanın adı "müqəddəs bağışlayan" mənasını verir.

Turman ilk aktrisalıq sınağını "Northfield Mount Hermon" liseyində edib."Puta" adlı bir tamaşada sərgilədiyi rolu sayəsində istedadı bir neçə insan tərəfindən kəşf edilib və peşəkar olaraq aktrisa olmağa qərar verib.

Günay İlqarqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR