Goranboyda yük maşınından yola düşən köşk qəzaya səbəb olub

Goranboyda yük maşınından yola düşən köşk qəzaya səbəb olub
00:02 29 Aprel 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan yük maşınının üzərində olan köşk yola düşüb.
Nəticədə həmin yol ilə hərəkət edən "Ford" markalı digər yük maşını həmin köşkə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-yuk-masinindan-yola-dusen-kosk-qezaya-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR