Qlobal istiləşmə nəticəsində...

Qlobal istiləşmə nəticəsində...
01:32 29 Aprel 2019
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

Planetin havası istiləşdikcə, dəniz və okeanlarda qasırğalar daha təhlükəli olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, küləyin sürətinin və dalğaların hündürlüyünün artması həm gəmilər, həm də sahilyanı infrastruktur üçün təhlükəli ola bilər.

İqlim dəyişmələrinin nəticələri çox fərqlidir və bu nəticələr bəzən aşkar görünmür. Tədqiqatçılar 1985-2018-ci illər ərzində 31 peyk və 80-dən çox siqnal üzgəci vasitəsilə toplanmış məlumatları təhlil edərək, bu qənaətə gəliblər ki, okeanlarda dalğanın orta hündürlüyü və küləyin orta sürəti xeyli artıb.

Bu vəziyyət bütün dünyada müşayiət olunur, lakin cənub yarımkürəsində daha aşkar təzahür edir. 30 il ərzində qasırğalı küləklərin sürəti saniyədə 1,5 metr və ya 8 faiz, dalğaların maksimal hündürlüyü isə 30 santimetr və ya 5 faiz artıb. Atlantik okeanda və Sakit okeanın ekvatorial hissəsində ən güclü küləklərin sürəti saniyədə 0,6 metr artıb.

Dünyada temperaturun artması həm fırtınaların gücünə, həm də suyun keyfiyyətinə təsir göstərir. ABŞ alimlərinin tədqiqatları göstərib ki, sututarların azot ilə çirklənməsinin əsas səbəbi məhz iqlim dəyişmələridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR