Ukrayna və Belarusun mediası "Formula 1" Azərbaycan Qran-Prisindən yazdı

Ukrayna və Belarusun mediası "Formula 1" Azərbaycan Qran-Prisindən yazdı
06:38 29 Aprel 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna və Belarusun informasiya agentlikləri Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi haqqında informasiyalar yayıb.

Publika.az xəbər verir ki, Ukraynanın UKRİNFORM və Belarusun BELTA agentliklərinin yaydığı informasiyalarda Formula 1 Qran-Prisinin əhəmiyyəti qeyd olunur. “Mercedes” komandasının Bakıda keçirilən yarışlarda dalbadal uğur qazandığı vurğulanır.

Bildirilir ki, “Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR