Xərçəng müayinəsində yeni QAN ANALİZİ - Yaxın illərdə biopsiya olmayacaq

Xərçəng müayinəsində yeni QAN ANALİZİ - Yaxın illərdə biopsiya olmayacaq
07:17 29 Aprel 2019
122 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ alimləri xərçəngin bir çox növlərinin erkən diaqnostikası üçün yeni qan analizi metodu üzərində işləyir və metod artıq siçanlar üzərində sınaqdan keçirilir.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu analizin effektivliyi son zamanlar onkoloji diaqnostikada qızıl standart olan şiş toxumalarından biopsiyadan 3 dəfə artıqdır.

Miçiqan universitetinin alimləri bildirir ki, biopsiya kimi ağır prosedura gözəl alternativ olan analizdə qan dövranıına atılan şiş hüceyrələri hesablanacaq. Onları təhlil etdikdə şişin növü, dərəcəsi və s. məlumatlar əldə ediləcək.

Diaqnostikanın həssaslığı çox yüksəkdir və səhv etmə riski yoxdur. Sadəcə pasiyent xüsusi cihazı bir müddət damarında gəzdirəcək, bu zaman ora bütün qan dövranından müəyyən zaman ərzində yığılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/749926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR