Almaniyada yolun buz bağlaması nəticəsində 50 maşın toqquşub

Almaniyada yolun buz bağlaması nəticəsində 50 maşın toqquşub
07:27 29 Aprel 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın şərqində 50-dən çox maşının iştirakı ilə baş verən zəncirvari yol qəzası nəticəsində təqribən 25 nəfər xəsarət alıb. Onlardan 4-nün xəsarəti ağırdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli yol polisi məlumat yayıb.
Qəza Türingiya federal torpağında Zul və Mayningen şəhərləri arasındakı hissədən keçən 71 saylı avtobanda yolun buz bağlaması və dolu düşməsi səbəbindən baş verib.
Yaralıların xilas edilməsinə iki vertolyot cəlb olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-yolun-buz-baglamasi-neticesinde-50-masin-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR