Sinqapur hakimiyyəti internetin istifadəsində məhdudiyyətlər qoyacaq

Sinqapur hakimiyyəti internetin istifadəsində məhdudiyyətlər qoyacaq
08:57 29 Aprel 2019
31 Dünya
Ölkə mətbuatı
A- A+

Sinqapur hökuməti internet istifadəçilərinə söz azadlığını qorumaq və cəmiyyətə ciddi zərər vurmadan əvvəl yalan məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə məhdudiyyətlər qoyacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Li Syan Tun deyib.

Li Syan Tun qeyd edib ki, söz azadlığını qoruyan, insanların hüquqi sahədə məlumatı paylaşmasına, öz fikirlərini ifadə etməyə imkan verən müvafiq məhdudiyyətlər qoymalıyıq.

Həmçinin baş nazir vurğulayıb ki, elə cemiyyət yoxdu ki, orada idarə olunmayan söz azadlığı olsun. O deyib ki, ABŞ və Avropa ölkələriç xüsusilə Almaniya həmçinin saxta məlumatların yayılması problemi ilə mübarizə aparırlar.

Li Syan Tun əlavə edib ki, son bir ictimai sorğusuna görə, sakinlərin təxminən 80%-i saxta məlumatları tanımaq qabiliyyətinə malik olduğuna əminlik ifadə etdi. Bununla belə, eksperiment göstərdi ki, onlardan yalnız 10 faizi bun etmeyə qadirdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR