Neymarın azarkeşə yumruq atmasının səbəbi məlum oldu - VİDEO

Neymarın azarkeşə yumruq atmasının səbəbi məlum oldu - VİDEO
09:34 29 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

 
Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymarın, komandasının “Renn” klubuna məğlubiyyətindən sonra azarkeşlərdən birinə yumruq atmasının səbəbi məlum olub.
 
ONA xəbər verir ki, futbolçu bunu həmin azarkeşin özü və komanda yoldaşları haqqında nalayiq ifadələr işləyməsi ilə əlaqələndirib.
 
Belə ki, həmin oyundan sonra “PSJ” futbolçuları stadionu tribunadan keçməklə tərk edib. Bu vaxt həmin fanat qapıçı Canluici Buffonu əqli cəhətdən geriqalmış, Marko Berrattini isə irqçi adlandırıb. Neymarın keçdiyi görəndə isə kinayə ilə ona futbolu öyrənməyi tövsiyə edib. Bundan sonra Neymar fanata sərt reaksiya verərək ona yumruq atıb.
Bu hadisə futbol cəmiyyətlərinin diqqətindən kənar qalmayıb. Onun 5 oyundan kənarlaşdırılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR