Qalxan qapaq və rəzil Orduxan…

Qalxan qapaq və rəzil Orduxan…
09:43 29 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Orduxanın lyukla söhbətini görmüsünüz? Mən gördüm, ümumiyyətlə onun hər videosuna baxmağa çalışıram. Anlamaq istəyirəm…

Psixoloji durumu necədir?

Niyə yanıqlıdır məmləkətdən?

Niyə satılıb?

Niyə ailəsi vecinə deyil? Ailəsinin üzərindən piar apardı, xeyli auditoriya qazandı Bakıdakı şeflərinin əliylə…

Niyə bu günə qalıb o boyda gövdə, boy buxunla?

Görəsən vətəndaş olaraq onu xilas eləmək mümkündürmü?

***

Videoya baxıram. Adam gedir əyilir lyuka söz deyir. Təzədən dönür kameraya, sonra gedir bir də lyuka sual verir. Bir də dönür, bir də gedir. Mənasız rabitəsiz sözlər danışır. Sonra bir türk vətəndaşına, Azərbaycanlı məmurlardan danışır. Dövlət başçısından mənasız sitat gətirir. Sonra gülürmü, hırıldayırmı, anlaya bilmirsən. Bir onu bilirsən ki, xoşbəxtdir. Bakıdakı Formula-1-də qəza baş verib, Azərbaycan zədələnmiş maşına görə cərimə ödəyəcək, Orduxan bəxtəvərdir…

Bu qədər rəzilliyi gördüyünə inana bilmir adam. Dövlətin başında, hökümətin üzvləri sırasında kim olur olsun. Hətta lap sənin fərdi düşmənindir onlardan hansısa bu, DÖVLƏTi aşağılamağa əsas deyil axı. Yox kimsə bunu edirsə, həm də davamlı edirsə, bu, siyasi əxlaqsızlıqdan başqa nəsə deyil.

Adamın yumor hissi də sıfırdan aşağı həddədir. Sevindiyindən şıllaq atmaq da demək olar bu hərətəkə. Bilmirsən hikkəsindən yanıb tökülən, Azərbaycan xərcə düşəcək deyə ürəyi yerindən atlayan simasına baxıb güləsən, yoxsa ağlayasan. Yeri gəlmişkin, bir-iki özünə bənzər sualım var ona:

-Ay lələ, sən başın lyuk sənə cavabdan-zaddan verdim barı?

-Başa sala bildinmi ki, ay lyuk, mən xəyanətkaram?

-Bilmədin, hiss elədi, ya yox ki, sən onu göstərib də ailən yaşayan ölkəni ələ salırsan?

-O lyuk qandımı ki, yanında durub böyüdüyü torpağı, onun dövlət simvolu olan Prezidentini ələ salıb, təhqir eləyirsən?

-Anladımı ki, psixoloji qüsurlusan?

-Qazandığını o lyukla da bölüşəcəksənmi bu Formula-1 video-çarxına görə?

-Sənə dedimi ki, adımı lyuk görüb üstünə şeşələnmə, məndə möcüzələr yaradanlar da olur…

-Yəni elədiyin biabırçılıqlar qarşısında lyuk soruşdumu ki, mənim işim onsuz da çoxdu, sən ölkənə nifrətini o yana “qus”?

Dövlətin başçınısa hansısa qərar, fərman, sərəcam üzərindən etiraz etmək olar. Hansısa nazirə də irad, tənqid, söz demək mümkündür. Qoy lap o söz nazirin, məmurun, ya da ümumi verilən bir qərarın əleyhinə olsun. Amma dövlətin simvollunu ələ salmaq, təhqir eləmək ləyaqətsizliyin, şərəfsizliyin eyni zamanda çarəsizliyin pik həddidir. Çarəsizdirlər ona görə ki, mənəvi və psixoloji qüsurları var. Əllərinə verilən böyük məbləğdə maliyyələr isə onlarda bir özündən razılıq hissi formalaşdırıb. Elə bilirlər nə əl çatar, nə ün yetər onlara. Əslində isə hər şey fərqlidir. Bir anlıqdır hər şey bəlkə də. Arxaları daldan çəkildimi məsələ tamamdır. Olacaqlar əl quzusu. Sözün düzü belə quzulara indi gəl bizə işlə deməyin tərəfdrı deyiləm. Niyə? Çünki o “quzuların” gözü həmişə bir başqa əl axtaracaq. İndi

Lyukun qapağı dəmir parçasıdır, Orduxansa adam balası. Ölkəsinə, əzizlərinə, vətənin qarşı adamlıq göstərməli idi. Düzü, əzizlərinə adamlıq edə bilməyəndən, vətəndaşlıq ummaq da bir cür cığallıqdır. Bu mənada özümə cığal deyəcək qədər ədalətli ola bilirəm. Amma əmin deyilən ki, Orduxan Formula-1-də baş verən qəzanı lağ obyektinə çevirmək üçün çəkdiyi videoda əl meymununa bənzədiyini etiraf edəcək qədər adil biridir. “Meymun” sözünü taxtasız, dəmşalaq, dəngüş kimi də ifadə eləmək mümkündür. Yəni zövqə görə, özü necə istəyər elə. Belə də ki, meymun da pis söz deyil. Darvinə görə hamımızın əcdadıdır. İndi keyfiyyətləri kimdə az, kimdə çox qalıb. Nə isə… Bu etiraf və özünə qiymət hissəsində Orduxan azaddır, keçək başqa mətləbə.

Hərdən bir şey düşünürəm özümə aid. Deyirəm, görəsən, dünyadan köç edib gedəndə, torpaq məni necə qarşılayacaq? Onunla necə salamlaşıb, necə halallaşacağam?

Avropada, Amerikada oturub, bir ovuc məmura hikkəsini, iradını əxlaqla ifadə edə bilməyənlər, bütövlükdə ölkənin üstünə nifrət “qusan”lar, bu yazı üçün məsələn, elə Orduxanı bu torpaq necə qəbul edəcək görəsən, yaşlanıb dünyadan köç edəndə? Cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləndə, üzü yerə qoyulanda, nə deyəcək Orduxan xəyanət elədiyi TORPAĞA, VƏTƏNƏ?!

Yəqin deyəcək ki, məni bərk qucaqla VƏTƏN torpağı! Nə qədər xəyanət etsəm də, mənə qalan elə sən oldun!..

Jalə Mütəllimova


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/277080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR