İran Azərbaycana 411 milyon dollarlıq məhsul ixrac edib

İran Azərbaycana 411 milyon dollarlıq məhsul ixrac edib
09:52 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Son bir il ərzində İran Azərbaycana 411 milyon dollar dəyərində məhsul ixrac edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend İranın Ticarət İnkişafı Təşkilatının hesabatına istinadən məlumat verir.

Məlumata görə, bu müddət ərzində İran 824 min ton məhsulu Azərbaycan ixrac edib.

Qeyd olunan müddətdə Azərbaycana məhsul ixracı İranın bütün ixracında dəyər baxımından 0,9% təşkil edib.

İranın Azərbaycana məhsul ixracı 2017-ci ilə nisbətən 26% artıb.

Azərbaycan İranın məhsul ixracında 12-ci yerdə qərarlaşıb.

Qonşu ölkələrə gəlincə, İran Rusiyaya 281 milyon dollar dəyərində 500 min ton məhsul ixrac edib. Rusiya İranın məhsul ixracında 14-cü sırada qərarlaşıb.

İranın Türkiyəyə məhsul ixracı isə 2,369 milyard dollar dəyərində 6763 ton məhsul təşkil edib. Türkiyə İranın məhsul ixracında 6-cı pillədədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/750592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR