“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10:08 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR

EUR/USD məzənnəsi bahalaşmağa başlayıb. Beynəlxalq valyuta birjalarında hal-hazırda 1.11$-ın üzərində ticarət edilən avronun qiyməti, sözügedən səviyyənin üzərində qaldıqca, 1.12$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00 və 16:30-da müvafiq olaraq açıqlanacaq Avrozonada inflyasiya və ABŞ-dan əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi proqnozlaşdırılır.

GBP

GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və funtun qiyməti 1.29$-ın üzərində qaldıqca, 1.30$-a kimi də bahalaşa bilər.

Cümə axşamı saat 15:00-da açıqlanacaq İngiltərə mərkəzi bankının faiz qərarından sonra saat 15:30-da baş tutacaq qərara dair mətbuat konfransı da investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 5.95TL-nin üzərində ticarət edilməkdədir və 6.08TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Cümə günü saat 11:00-da Türkiyədən də inflyasiya ilə bağlı önəmli statistik məlumatların açıqlanması gözlənilir.

OIL

Avropanın Brent markalı neftinin qiyməti 76$-a kimi bahalaşdıqdan sonra sürətlə ucuzlaşmağa başlayıb. Enerji birjalarında 72$-ın altında təklif edilən bir barel üzrə qiymət, bu səviyyənin altında qaldıqca, 69$-a kimi də ucuzlaşa bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada siyasi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına təsir etməkdədir. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti, 1283$-ın (41.3 $/qram) üzərində qalarsa, 1296$-a (41.7 $/qram) kimi də dəyər qazana bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3053939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR