Bakıda dəhşətli hadisə - 2 NƏFƏR MAŞININ ALTINDA QALIB ÖLDÜ

Bakıda dəhşətli hadisə - 2 NƏFƏR MAŞININ ALTINDA QALIB ÖLDÜ
10:08 29 Aprel 2019
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Publika.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində naməlum avtomobil 35-40 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıb.

Oxşar hadisə dünən günorta saatlarında Nizami rayonunda da qeydə alınıb. Rüstəm Rüstəmov küçəsində “Daevoo” markalı nəqliyyat vasitəsi 21 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/277082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR