ABŞ-dan 8 ölkəyə qarşı KRİTİK ADDIM: Azərbaycanın qonşuları təhlükə altında - FOTO

ABŞ-dan 8 ölkəyə qarşı KRİTİK ADDIM: Azərbaycanın qonşuları təhlükə altında - FOTO
10:18 29 Aprel 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ 8 ölkənin İran ilə ticarət əlaqələrini tamamilə kəsmək istəyir.

Publika.az xəbər verir ki, İrandan digər ölkələrlə müqayisədə daha ucuz neft və təbii qaz alan Türkiyə buna görə rəsmi Vaşinqtonun ağırlaşdırılmış sanksiya təhdidləri ilə üz-üzə qalıb.

Məsələ ilə bağlı ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltondan yeni açıqlama gəlib.

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin sanksiyalardan digər ölkələrin narahat olduğunu bildirən açıqlamalarına cavab verən Bolton mövqelərinin bəlli olduğunu vurğulayıb: “Çinli şirkətlərin İrandan təbii qaz almağı dayandıracaqlarına dair verdiyi açıqlamalar var. Bir neçə həftə öncə Türkiyənin Xarici işlər naziri ilə görüşdüm. Hələ o zaman İrandan təbii qaz almaqdan vaz keçmələri ilə bağlı lazımi addımları atmaları üçün müzakirələr aparıram. Bu proses necə nəticələnəcək, görəcəyik. Biz mövqeyimizi konkret şəkildə açıqlamışıq”.

Qeyd edək ki, ABŞ son olaraq İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib. ABŞ İranı terroru maliyyələşdirməkdə və nüvə proqramını genişləndirməkdə ittiham edərək müxtəlif dövrlərdə ağır sanksiyalara məruz qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR