"Nyu York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı

"Nyu York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
10:43 29 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İrana sanksiya tətbiq etməyi dayandırmasa, bu durum ölkəni yeni müharibəyə sürükləyəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nyu York Tayms” nəşri çıxış edib.

Nəşrin “Tramp İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu, bizi müharibəyə sürükləyə bilər” başlıqlı analizinə görə, prezident rəsmi Tehranın bu duruma səssiz qalmasından güc alır: “Tramp ötən il Livanın Hizbullah təşkilatına gedən maliyyə yardımını kəsmək üçün İran neftinə sanksiya tətbiq edib Çin, Hindistan, Türkiyə, Cənubi KoreyaYaponiya kimi böyük alıcı ölkələri bu məsələdən kənarda saxladı. Lakin indi sözügedən ölkələrə İrandan neft idxal etmələrini dayandırmaq üçün təzyiq göstərməyə başlayıb. Tramp hökuməti İsrail və müttəfiqləri adına bölgədəki fəaliyyətinə görə İranı cəzalandırmaq istəyir. Nüvə proqramına görə, təxribatçı sanksiyalar tətbiq etmək İranı yenidən uranın zənginləşdirməsinə və amerikalılara qarşı hücuma məcbur edə bilər. ABŞ da beləliklə, Donald Trampın qarşısını almağa çalışdığı yeni Yaxın Şərq savaşına çəkilə bilər” məqalədə qeyd olunub.

Həmçinin bildirilib ki, rəsmi Tehran 2020-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın yenidən prezident seçilməməsi ümidilə ABŞ-ın sanksiyalarına cavab verməmək üçün 18 ay gözləyə də bilər: “O zaman Donald Trampın iki seçimi olacaq: ya İranın sərt cavablarını gözardı etmək, ya da cavab verərək yeni savaş açmaq. Lakin burada hərbi müdaxilədən söhbət getmir. Tramp hökumətinin nəzərə aldığını düşünmədiyimiz şey qarşıdurmanın ehtimal edilməsidir. Çünki ABŞ İrana məhdud seçimlər verir. ABŞ-ın dövlət katibi Mayk Pompeo hökumətin müzakirələrə açıq olduğunu bildirərkən Tehran mövcud xarici siyasətindən tamamilə imtina etməsini tələb edən şərtlər siyahısı təqdim edir. Bu siyahıda iranın nüvə başlıqlı raket istehsalından İsrailə qarşı düşmən münasibətdən imtina etməsinə qədər tələblər yer alıb”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR