Bakıda corab qurutmaq istəyən şəxs aləmi bir-birinə vurdu - VİDEO

Metbuat.az ONA-ya istinadla xəbər verir ki, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Əraziyə dərhal yanğından mühafizə bölmələri, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qonşular yanan mənzilin sahibinin evdə olduğunu bildiriblər. Dərhal xilasetmə əməliyyatına başlanılıb. Tüstülənmə müşahidə olunan evin sahibi çağırışlara cavab vermədiyindən mənzilin qapısı xüsusi alətlərlə açılıb.

Yanğının kəşfiyyatı zamanı evdə bir nəfər aşkar edilib. Həmin şəxs mənzildən çıxarılan zaman ayılıb. Məlum olub ki, ev sahibi tüstüdən zəhərlənməyib, sadəcə dərin yuxuya getdiyindən evin yanmasından xəbərsiz olub. Hətta qapının sındırılması və ətrafdakı səs-küy də onu yuxudan oyatmayıb. Mənzildən çıxarılan şəxs xilas edildiyinə görə təşəkkür etmək əvəzinə, mənzilinin qapısının sındırılmasını əsas gətirərək, hər kəsi məhkəmə ilə hədələyib. O, hətta ONA-nın hadisə yerində olan əməkdaşlarının peşə fəaliyyətinə də müqavimət göstərərək mane olmağa çalışıb.

Baş vermiş yanğının səbəbinə gəlincə, məlum olub ki, ev sahibi yuduğu corabları qurutmaq üçün bir qazana, qazanı da qızdırıcının üstünə qoyub. Özü isə bu vaxt yuxuya gedib. Qızdırıcının üstündə qalan corablar sonradan yanaraq güclü tüstülənməyə səbəb olub.

Baş vermiş hadisə ilə bağlı ev sahibinin izahatı alınıb. Onun 1969-cu il təvəllüdlü İmanov Nəriman İsa oğlu olduğu, həmin mənzildə isə kirayədə yaşadığı müəyyənləşib. Hadisə vaxtı isə o, sərxoş vəziyyətdə olub.


Uşaqlarına bu adı verdi, vətəndaş müharibəsi və daha nələr...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR