79 tikinti obyektində 946 nəfərin müqavilə olmadan çalışdığı aşkarlandı

79 tikinti obyektində 946 nəfərin müqavilə olmadan çalışdığı aşkarlandı
11:19 29 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib.
 
ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.
 
Sənəddə həmçinin qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.
 
Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR