ABŞ-da psixiatrik xəstəxanada dava düşdü: yaralılar var

ABŞ-da psixiatrik xəstəxanada dava düşdü: yaralılar var
11:22 29 Aprel 2019
35 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Yuta ştatında yeniyetmələr üçün nəzərdə tutulmuş psixiatrik xəstəxanada pasiyentlər arasında dava baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Red Rock Canyon School" xəstəxanasındakı çaxnaşma zamanı xəsarət alanlar da olub.

Yerli Polis İdarəsinin nümayəndəsi Tiffani Atkinin sözlərinə görə, axşam saatlarında pasiyentlər arasında baş vermiş dava nəticəsində xəsarət alanların sayı deyilməsə də, tibb heyətindən xəsarət alanların olmadığı dəqiq məlumdur.

Hadisə yerinə xüsusi təyinatlılar və polis cəlb edilib. Hazırda hadisə ilə əlaqədar hələki 1 nəfərin saxlanıldığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR