Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir

Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir
11:57 29 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“2018-ci ildə Azərbaycanla Xorvatoya arasındakı ticarət dövriyyəsinin dəyəri 16% artaraq 250 mln. ABŞ dollarını ötüb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes-forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün potensial mövcuddur.
“Hazırda bu forumda müxtəlif sahələri əhatə edən 80-dən artıq iş adamı iştirak edir. Bu tədbirə böyük marağın göstəricisidir. Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir. Biz istəyərdik ki, Xorvatiya ilə işgüzar əməkdaşlığı daha da artıraq. Düşünürük ki, bu ölkənin xanım nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında ticarət, investisiyalar və başqa sahələrdə əlaqələrin artırılmasında stimullaşdırıcı rol oynayacaq”, - nazir müavini qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-7-xorvatiya-sirketi-fealiyyet-gosterir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR