Noutbuk və telefon oğurlayanlar ələ keçdi

Noutbuk və telefon oğurlayanlar ələ keçdi
11:59 29 Aprel 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirilib 
 
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR