Diqqət! Bu yollarda təmir işləri aparılır

Diqqət! Bu yollarda təmir işləri aparılır
12:04 29 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nəriman Nərimanov küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində nəqliyyat qəzaları nəticəsində yararasız  vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılacaq. Təmir işləri aprelin 29-da gündüz və gecə saatlarında aparılacaq.
 
Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
 
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR