Trampın bir zəngi neft bazarını silkələdi - Neft ölkələri milyardlar, Azərbaycan milyonlar itirir

Trampın bir zəngi neft bazarını silkələdi - Neft ölkələri milyardlar, Azərbaycan milyonlar itirir
12:22 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Ötən həftənin son iş günündə ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74,48 dollardan 71,21 dollaradək azalmasına səbəb oldu. Trampın zəngi neftin qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Bu gündən dollar kreditlərinə görə kompensasiyaların verilməsinə başlanır - Ala bilməyənlər nə etməlidir?

İqtisadçının sözlərinə görə, qiymət enişi digər neft ölkələri ilə yanaşı Azərbaycanın gəlirlərinə də mənfi təsir edib: "Qlobal neft təklifinin gündəlik 101,42 milyon barel olduğunu nəzər alsaq, demək olar ki, bir zəng neft ölkələrinin "qara qızıl" satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub. Mart ayında Azrəbaycanın gündəlik neft ixracatının 798 min barel olduğunu nəzərə alsaq, o zaman Trampın zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2,6 milyon azaltdığı aydın olur. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Beynəlxalq Əməliyyat Şirkətinin payı da daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ Evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormozladı və "qara qızıl" yenidən ucuzlaşmağa başladı".

## 721059## Onun fikrincə, bu hadisə "neft bumunun" bir daha qayıtmasının qeyri-mümkünlüyünü göstərir: "Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in (OPEC) hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir. Amma əgər bir zəng neftin dünya bazar qiymətini hissi edilən dərəcədə dəyişə bilirsə, deməli, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu, həmçinin "neft bumunun" bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür".

V.Bayramov qeyd edib ki, vəziyyətdən çıxış üçün neft ölkələri neftdən asılılığı aradan qaldırılmalıdırlar: "Beləliklə, neftin qiyməti məqbul hesab olunsa da, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi "şokların təsirlərindən" sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/750621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR