​Nefçalada 35 yaşlı kişi faciəvi şəkildə öldü

Nefçalada 35 yaşlı kişi faciəvi şəkildə ölüb.

Metbuat.az-a daxil olan məlumata görə, aprelin 27-si, saat 13:18 radələrində 12.12.1984-cü il təvəllüdlü, Neftçala rayonunun Cəngən kənd sakini, evli, işləməyən, həmin kənddə qeydiyyatda olmaqla yaşamış Nəcəfov Vasif Məzahim oğlu yaşadığı evin həyətində yerləşən yardımçı tikili yanında mişar daşından tikilmiş su çəninə su doldurulduqdan sonra su borusunu yığan zaman su çəninin içərisindəki suyun təzyiqinə davam gətirməyək dağılıb və Vasif Nəcəfov dağılmış mişar daşlarının altında qalaraq ölüb.

Meyitin xarici müayinəsi zamanı bədən səthində müxtəlif xəsarət izləri aşkar edilib, meyit daxili müayinə olunması üçün məhkəmə tibbi ekspertinə təqdim olunub.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Aysel Yaqubqızı / Metbuat.az

Lənkəranda 15 yaşlı oğlan itkin düşüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR