Obama ilə Kemeron bir yazı yazdılar

Obama ilə Kemeron bir yazı yazdılar
11:12 15 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron “The Times” qəzetində birgə məqalə ilə çıxış ediblər.

APA-nın xəbərinə görə, “Biz azadlığın səsinə ağızlıq taxılmasına imkan verməyəcəyik” başlıqlı yazıda B. Obama və D. Kemeron Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısının alınmasında qərarlı olduqlarını bildiriblər.

İki lider Rusiyaya diplomatik təzyiqləri dəstəkləyəcəklərini deyiblər: “Əgər biz beynəlxalq hüququn bu cür təməl pozuntularının cəzasız qalmasına yol versək, hamımız bunun nəticəsində yaranacaq qeyri-sabitlikdən zərər çəkərik”.

Obama və Kemeron hesab edirlər ki, Rusiyanın siyasətinə qarşı güclü və həmrəy reaksiya göstərilib. Qərb aydın siqnal göndərib ki, beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynada sabitliyi pozmasını kənardan izləməyəcək.

Liderlər islam ekstremizmi probleminə də toxunaraq radikallar və onların “mənfur” ideologiyasından qaynaqlanan təhlükəyə qarşı vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər. Onların fikrincə, Parisdə baş vermiş terror aktları azad sözün ağzını yuma bilməyəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR