Məleykə Abbaszadə: "Qaydaları pozmaq istəyən abituriyentlər haqqında tədbirlər görürük"

"Bəzən elə abituriyentlər olur ki, qaydaları pozmağa cəhd göstərirlər. Bunun üçün onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur oluruq".

Metbuat.az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeydə alınan pozuntuları da qeyd edib:

"Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və s. bunlar daha çox müşahidə olunan pozuntular. Ancaq bu pozuntuların hamısı Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir".

M.Abbaszadə bildirib ki, abituriyentlərin həmin hərəkətlərə yol verməsi halları aşkar edildikdə, həmin abituriyent imtahandan xaric edilir və nəticələri ləğv olunur:

"Abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də nəticələri ləğv etmək hüququmuz var".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR