AMAT və əsas vəzifələri

AMAT Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü ilə miqrasiya sahəsində yeni ideyaların formalaşdırılması və miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi üçün elmi əsaslandırılmış təkliflərin verilməsi məqsədilə miqrasiya sahəsində fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər üçün nəzərdə tutulmuş xüsusi platformadır.

Metbuat.az xəbər verir ki, miqrasiyanın idarəedilməsində ümumcəmiyyət yanaşmasının tətbiqi miqrantlar, yerli icmalar, vətəndaş cəmiyyəti və özəl sektor ilə yanaşı elmi dairələrin (academia) də bu prosesə cəlb olunmasını tələb edir. Tədqiqatçıların miqrasiyanın çoxşaxəli sahələri üzrə yeni tədqiqatları və araşdırmaları, dərin təhlillərin aparılması, eləcə də mövcud elmi işlərin öyrənilməsi miqrasiya proseslərinin daha səmərəli idarəolunmasına töhfə verəcəkdir.

AMAT dövlət qurumları ilə elmi cəmiyyət arasında əlaqələri daha da gücləndirəcək, həmçinin tədqiqatçılar ilə Xidmətin yerli və beynəlxalq tərəfdaşları arasında işgüzar əlaqələrin qurulmasına dəstək göstərəcəkdir.

AMAT-ın əsas vəzifələri

Azərbaycanda miqrasiya üzrə tədqiqatları ümumiləşdirmək;

Miqrasiya sahəsində araşdırmaları təşviq etmək

DMX vasitəsilə elmi araşdırmalara əsaslanan təklifləri təqdim etmək;

Miqrasiya sahəsində DMX-yə elmi dəstək göstərmək;

DMX tərəfindən təklif olunmuş mövzular üzrə araşdırmalar aparmaq;

Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda miqrasiyanın vəziyyəti ilə bağlı aparılan araşdırmalarda iştirak etmək;

Miqrasiya sahəsində yerli və beynəlxalq elmi konfranslar və simpoziumlarda Azərbaycanı təmsil etmək;·

Digər yerli və beynəlxalq beyin araşdırma mərkəzləri ilə əlaqələr qurmaq və inkişaf etdirmək·

Azərbaycanda miqrasiya üzrə təhsilə dəstək vermək·

Digər elmi fəaliyyətlər.

Hədəf qrupu:

AMAT magistr və yuxarı elmi dərəcəsi olan Azərbaycanda miqrasiyanın elmi cəhətdən araşdırılması ilə peşəkar məşğul olan tədqiqatçıların bazasını yaradacaqdır. Növbəti mərhələdə AMAT-a cəlb olunmuş tədqiqatçıların iştirakı ilə elmi konfransın təşkil olunması nəzərdə tutulur.

  • Üzvlərin seçimi:

    Təşəbbüsə maraq göstərən və iştirak etmək istəyən şəxslərdən CV və miqrasiya sahəsində araşdırma fəaliyyətini əks etdirən məlumatları (məs.: tədqiqatların nəşr olunduğu jurnalın adı, linkləri və ya elektron versiyaları) 31 may 2019-cu il tarixədək research@migration.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.


  • Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)
    Загрузка...

    RƏYLƏR

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR