Azərbaycanlı ixtiraçı FİFA prezidenti ilə görüşəcək: "Bu, mənim borcumdur"

Azərbaycanlı ixtiraçı FİFA prezidenti ilə görüşəcək: "Bu, mənim borcumdur"
13:03 29 Aprel 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi azərbaycanlı məşhur ixtiraçı Siruz Paledi Təbrizin “Traxtur” futbol klubunun hüququnu müdafiə etmək məqsədi ilə FİFA prezidenti və hakimlər komitəsinin sədri ilə görüşəcək.

Publika.az xəbər verir ki, Paledi İran Liqasının son qarşılaşmalarında “Traxtur”a qarşı qurulan ssenari və hakimlərin qərəzli mövqeyi ilə bağlı şikayətlərini birbaşa ali futbol qurumunun sədrinə çatdıracaq.

“Çox təəssüflər olsun ki, hər zaman qeyri-adi amillər “Traxtur”un çempion olmasına mane olur. Lakin bu dəfə məsələ fərqlidir. Artıq “Traxtur” klubunun dünya futbolu üzrə bir elmi nümayəndəsi var. Bu nümayəndə klubun məzlum səsini dünya səviyyəsində futbolla bağlı məsuliyyət daşıyan şəxslərə çatdırmalıdır”- , Siruz Paledi “Fars” xəbər agentliyinə açıqlamasında bildirib.

İxtiraçı qeyd edib ki, kluba qarşı qərəzli mövqe və gizli razılşamaları FİFA-nın səlahiyyətli şəxslərinə çatdırmağı özünə borc bilir.

Qeyd edək ki, Sirus Paledi, idman yarışları üçün nəzərdə tutulmuş “ağıllı” hakimlik sisteminin (“Paledi sistem”) ixtiraçısıdır. O, ixtira etdiyi sistemin birinci Təbriz, Urmiya və ya digər Azərbaycan şəhərlərində tətbiq olunacağını deyib. Paledinin ixtirasına “Traxtur” futbol klubunun adının verilməsi məsələsi müzakirə olunur.

“Paledi sistemi” Virtual Köməkçi Hakim (VAR) texnologiyasının inkişaf etmiş və güclü formasıdır. "Günaz.tv"nin məlumatına görə, bu sistem 2016 və 2017-ci illərdə beynəlxalq səviyyədə bir neçə medala layiq görülüb. 2018-ci ilin ilk günlərində Təbrizin səhənd stadionunda “Paledi sistem”indən uğurlu şəkildə istifadə olunub.

Xatırladaq ki, "Traxtur" komandasının qapıçısı Möhsün Fruzan aprelin 12-də "Sepid rud" komandası ilə qarşılaşmada bilərəkdən qapıdan top buraxaraq komandasının məğlub olmasına şərait yaradıb. "Traxtur" bu oyundan sonra liqanın çempionu olmaq şansını birdəfəlik itirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR