Rusiyalı samboçu rəqibinə tribunada hücum edib burnunu sındırdı - VİDEO

Rusiyalı samboçu rəqibinə tribunada hücum edib burnunu sındırdı - VİDEO
13:14 29 Aprel 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada keçirilən Yuri Potapovun xatirəsinə həsr olunan turnir böyük qalmaqalla diqqət mərkəzinə düşüb.
 
ONA-nın məlumatına görə, turnir zamanı samboçuların tribunada dalaşıblar.
 
Yarışı izləyən kişi azarkeşlərdən biri yanında əyləşən tamaşaçıya zərbə endirib. Bu zaman göy kimanoda olan Yuliya Litvintseva tribunada əyləşən Olqa Vitsinaiyə hücum çəkib.
 
Nəticədə bürünc medal uğrunda görüşdə üz-üzə gələn samboçular “mübarizəni” tribunada davam etdiriblər. 6:0 hesablı qələbə ilə 3-cü yeri tutan Y.Litvintseva hadisəyə şərh verib: “Qarşılaşmadan 10 dəqiqə sonra tribunadan keçərkən əvvəl Olqa mənə gizlicə zərbə vurdu, ardınca onun sevgilisi məni elə itələdi ki, stolun üstünə aşdım. Ayağa qalxan kimi rəqibimin üstünə şığıdım. Məni xəstəxanaya aparıb beyin silkələnməsi, kəllə-beyin zədəsi və burnumun sınması diaqnozu qoydular. Əməliyyata da məruz qaldım. Artıq polisə şikayət yazmışam”.
 
Qeyd edək ki, təşkilatçılar münaqişənin bütün iştirakçılarını yarışdan kənarlaşdırıblar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR