Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi: "Qapılarımız Azərbaycan biznesi üçün açıqdır"

Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi: "Qapılarımız Azərbaycan biznesi üçün açıqdır"
13:37 29 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

"Xorvatiya İqtisadiyyat Palatası uzun illər ərzində Azərbaycanla iqtisadi əlaqələr qurmaq istiqamətində fəaliyyət göstərib".
“Report” xəbər verir ki, bunu Azərbaycan – Xorvatiya biznes forumunda bu ölkənin İqtisadiyyat Palatasının Vitse-prezidenti Tomislav Radoş bildirib.
“Mən 116 yaşı tamam olan bir qurumu təmsil edirəm. Uzun illər ərzində Azərbaycanla iqtisadi əlaqələr qurmaq istiqamətində çalışmışıq. Bu forum təcrübə və fikir mübadiləsi aparmaq üçün nadir bir platformadır. Ölkələrimizin biznes sahəsində əməkdaşlığa necə maraqlı olduğunu görürük. İki ölkə arasında ticarət dövriyyəsi kiçik olsa da, əməkdaşlığın davamı üçün böyük potensial olduğu göz qabağındadır. Avropa İttifaqının üzvüyük və qapılarımız Azərbaycan biznesi üçün açıqdır”.
Palata rəhbəri turizm, maşınqayırma, kimya sənayesi sahələrində ikitərəfli əməkdaşlığın inkişafı üçün daha əlverişli imkanların olduğunu da dilə gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/xorvatiya-numayendesi-qapilarimiz-azerbaycan-biznesi-ucun-aciqdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR