İki gündə 52 nəfər saxlanıldı

İki gündə 52 nəfər saxlanıldı
13:49 29 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən, iki gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR