Azərbaycan ilə Xorvatiya Xarici İşlər nazirləri arasında görüş keçirilib

Azərbaycan ilə Xorvatiya Xarici İşlər nazirləri arasında görüş keçirilib
14:02 29 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda AzərbaycanXorvatiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib.
“Report” xəbər verir ki, görüşün yekunlarına dair mətbuat konfransında E.Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq barədə 2013-cü ildə imzalanmış sənədlə təməli qoyulan əməkdaşlığın başlıca istiqamətlərini müzakirə etdiklərini deyib.
“Xorvatiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Xorvatiya Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın iştirak etdiyi iqtisadi layihələrdə də maraqlıdır. Biz nəqliyyat və infrastruktur məsələlərini də müzakirə etdik”, – E.Məmmədyarov bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ile-xorvatiya-xarici-isler-nazirleri-arasinda-gorus-keciril

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR