Xorvatiya XİN başçısı: "Bakıda səfirliyin açılması əməkdaşlığımızın daha da güclənməsi üçün mühüm addım olacaq"

Xorvatiya XİN başçısı: "Bakıda səfirliyin açılması əməkdaşlığımızın daha da güclənməsi üçün mühüm addım olacaq"
14:17 29 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan "Şərq Tərəfdaşlığı" Proqramının ən əhəmiyyətli iştirakçılarından biridir".
“Report” xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Xorvatiya Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç deyib.
“Xorvatiya bundan sonra da oxşar regional layihələri dəstəkləyəcək. Tərəfdaşlıq üçün müştərək məqamlar tapacağımıza əminəm. Bakıdakı görüşdə ölkələrimiz arasında strateji əməkdaşlıq olduğunu qeyd etdik. Bakıda Xorvatiya səfirliyinin açılması bu münasibətləri gücləndirmək baxımdan mühüm mərhələdir”, – o bildirib.
Xorvatiyalı nazir hər iki tərəfin iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb: “Azərbaycanla Xorvatiya yaxın vaxtda Zaqrebdə biznes forumu keçirməyi nəzərdə tutur. Həmçinin iqtisadi əməkdaşlığımıza dair birgə komissiya yaratmışıq. Komissiya bu il, yaxud gələn ilin əvvəlində iclas keçirəcək”.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xorvatiyanin-bakida-sefirliyinin-acilmasi-emekdasliq-baximdan-muhumdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR