Təhsil Nazirliyi: Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil (ÖZƏL)

Təhsil Nazirliyi: Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil (ÖZƏL)
14:22 29 Aprel 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn tədris ilindən Azərbaycanda 4-8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istfadə etməsi nəzərdə tutulur.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, 4-8-ci sinif şagirdləri üçün yalnız "Həyat bilgisi"nin deyil, digər fənlər üzrə də dərsliklərin təkmilləşdirilmiş nəşri hazırlanır. Hazırda həmin dərsliklər ictimai müzakirədədir.

C.Valehov əlavə edib ki, "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

Nazirlik rəsmisi bildirib ki, təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

O, orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin gündəmdə olmadığını da nəzərə çatdırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3054162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR