Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə Yaponiyada hazırlaşıblar

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə Yaponiyada hazırlaşıblar
14:32 29 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlar öncəsi Azərbaycan millisi Yaponiyada təlim-məşq toplanışında olub. 
"Report"un məlumatına görə, Tokioda 3 həftə davam edən məşqlərə millinin aparıcı cüdoçuları qatılıb. Onlar hər gün 2 dəfə məşq edərək baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər. 
Hazırlıq prosesinə Azərbaycan idmançıları ilə yanaşı, yaponiyalı cüdoçular da qatılıb. 
Qeyd edək ki, Bakıda təşkil olunacaq "Böyük Dəbilqə"yə mayın 10-da start veriləcək. 3 gün davam edəcək nüfuzlu yarış Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. 



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudoculari-yaponiyada-telim-mesq-toplanisini-basa-vurublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR