Dünya Kuboku: Yığmamız üçüncü qızıl medalı qazandı

Dünya Kuboku: Yığmamız üçüncü qızıl medalı qazandı
14:39 29 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın pauerliftinq növü üzrə paralimpiya milli komandasının üzvü Şamo Aslanov (+107 kq) Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
 
ONA-nın məlumatına görə, təmsilçimiz 215 kq çəkini qaldırmaqla, fəxri kürsünün birinci pilləsinə yüksəlib.
 
Bu çəkidə gümüş medalçı da Aslanovla eyni nəticə göstərib. Lakin Səudiyyə Ərəbistanını təmsil edən Əl Najim Xalidin öz çəkisi həmyerlimizdən çox olduğu üçün ikinci yeri tutub. 
 
Qeyd edək ki, ki, Dünya Kubokunda daha öncə Pərvin Məmmədovla (49 kq), Elşən Hüseynov qızıl (107 kq), Nurlan Babacanov (97 kq) isə bürünc medala yiyələnib.
 
Çempionluq idmançılarımızın Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR