Azərbaycan idmançıları Dünya Kubokunda üçüncü qızıl medalını qazanıb

Azərbaycan idmançıları Dünya Kubokunda üçüncü qızıl medalını qazanıb
14:42 29 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın pauerlinftinq növü üzrə paralimpiyaçısı Şamo Aslanov Macarıstanın Eger şəhərindəki Dünya Kubokunda qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 107 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı 215 kq-lıq ağırlığı qaldıraraq bütün rəqiblərini qabaqlayıb. 
Eyni çəki dərəcəsində ikinci yerə 215 kiloqramlıq nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Əl Najim Xalid sahib olub. Lakin onun bədən çəkisi daha yuxarı olduğu üçün birinci yerə Aslanov layiq görülüb. Üçüncü yeri isə 208 kq çəki ilə gürcüstanlı Akaki Cintçaradze tutub.
Qeyd edək ki, bir neçə gün öncə eyni yarışda 49 kq-da Pərvin Məmmədov qızıl medala layiq görülüb. Ötən gün isə Elşən Hüseynov (107 kq) qızıl, Nurlan Babacanov (97 kq) isə bürünc medala yiyələnib. Bu qələbə ilə idmançılar "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak şanslarını artırıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-idmancilari-dunya-kubokunda-ucuncu-qizil-medalini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR