Azərbaycan Xalq Hərəkatı bir daha parçalandı

Azərbaycan Xalq Hərəkatı bir daha parçalandı
14:54 29 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

 
Parçalanmadan sonra iki qanada ayrılmış Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin birləşdirilməsi cəhdləri nəticəsiz qalıb.
 
ONA-nın məlumatına görə, bu gün hər iki qanad ayrı-ayrılıqda iclas keçirmək barədə qərar qəbul edib.
 
Bu gün Vətəndaş və İnkişaf Partiyasının qərargahında İdarə Heyətinin üzvləri - Əli Əliyev, Tural Abbaslı, Rəhim Qazıyev, Əhməd Oruc, Mətləb Mütəllimli, Tahir Abbaslı iclas keçirib. Qurban Məmmədov də bu qanadda təmsil olunur. İclasda may ayı üçün iş planı müzakirə olunub.
Bu gün saat 15.00-da isə Klassik Xalq Cəbhəsi Partiyanın (KXCP) qərargahında İsgəndər Həmidov, Ramiz Tağıyev, Valeh İbadov, Valeh Mirzəyev, Ağasif Şagiroğlu və digər İdarə Heyəti üzvlərinin iştirakı ilə digər qanadın iclası keçiriləcək.
 
Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu hələlik qanadların hər hansı birində təmsil olunmaq istəmədiyini, özlərini vahid AXH-də gördüklərini bildirib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR