Sərxoş sürücü avtomobili aşırdı: 1 nəfər öldü

Sərxoş sürücü avtomobili aşırdı: 1 nəfər öldü
14:57 29 Aprel 2019
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Mayak kəndində baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Xanməmmədov Elmar Vaqif oğlu kənd ərazisində sərxoş vəziyyətdə "Mercedes Benz" markalı avtomobili idarə edərkən 1-ci Mayak kəndi ərazisində Xəzər dənizi sahilində idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində avtomobildə olan, 1971-ci il təvəllüdlü 1-ci Mayak kənd sakini Ələkbərov Vüqar Əliabbas oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR