Nişanlısından ayrılan Vüqar depressiyaya düşüb

Nişanlısından ayrılan Vüqar depressiyaya düşüb
15:22 29 Aprel 2019
140 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Vüqar Muradov 2 aydır depressiyadadır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "X maqazin" verilişində deyib. O bildirib ki, toyuna iki gün qalmış sevdiyi qadından ayrılıb:

"Yaş öz sözün deyir, immunitetim zəifləyib. Heç vaxt iynə-dərman istifadə etməmişdim. Özümə qapanmışdım, depressiyada idim. Üç, beş gün olar, məndə uzun çəkdi.

Qızın yaxın qohumları tərəfindən problem çıxdı. Həm də anlaşmadıq. İstəmirəm, "evlənib, boşandı" adını alım. Ailə quracağım xanım ingilis də, ispan da, evlənib-boşanmış da ola bilər. Boşanmış qadının xoşbəxt olmağa haqqı yoxdur? Elə bir qanun yoxdur ki, boşanmış biri ilə evlənmə. Belə bir şərq qanunlarından uzağam".

Qeyd edək ki, Vüqar iki dəfə toyunu təxirə salıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/750685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR