Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi

Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi
16:08 29 Aprel 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə,araşdırma zamanı məişət tullantılarının bura “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün şəhərimizin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün çox böyük işlər görülür. Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprel ayı paytaxtda “Təmizlik ayı” elan olunub, bununla bağlı şəhərin bütün rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR