Namaz qılan müdirinə elə bir hərəkət etdi ki...

Türkiyənin Sakarya şəhərində qorxunc hadisə baş verib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, İsmayıl Bozbay adlı şəxs müdiri Ahmet Kuzgun namaz qılarkən öldürdükdək sonra qeyb olub.

Gecə saatlarında şübhəlinin evində aparılan axtarış zamanı polis Bozbay, həyat yoldaşı və kiçik qızları Serranın cəsədi ilə qarşılaşıb.İddiaya görə dünən baş verən hadisədə inşaat ofisi olan Ahmet Kuzgun ilə işçisi Bozbay arsında bilinməyən səbəblərdən mübahisə yaranıb.Baş verən mübahisədən sonra Kuzgun namaz qıldığı zaman İsmayıl Bozbay tərəfindən silahla vurulub.

Silah səsini eşidən ətrafdakı vətəndaşlar polisə xəbər verib. Hadisə yerinə gələn polislər adamın öldüyünü müəyyən ediblər. Kuzgunun cansız bədəni müayinə olunmaq üçünmorqa göndərilib.

Aparılan araşdırmalar şübhəlinin həyat yoldaşını və qızını öldürdükdə sonra intihar etdiyini göstərir.

Hadisə ilə bağlı geniş miqyaslı araşdırma başladılıb.

ahmet kuzgun

https://metbuat.az/news/1177055/qorxunc-hadise.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR