KİV: “Boeing 737”lərə qoyulan qadağa minlərlə reysin ləğv olunmasına səbəb olub

KİV: “Boeing 737”lərə qoyulan qadağa minlərlə reysin ləğv olunmasına səbəb olub
16:22 29 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Avropa və ABŞ-ın təyyarə şirkətləri "Boeing 737 MAX 8" təyyarələrinin istismarına qoyulan qadağa üzündən yüz milyonlarla dollar ziyan çəkdiklərini bildirir.
“Report” “Business İnsider”ə istinadən xəbər verir ki, iki böyük qəzadan sonra adıçəkilən təyyarələrin qadağan olunması nəticəsində bütün dünyada minlərlə reys ləğv olunub.
Məsələn, ən çox sayda – 34 ədəd "Boeing 737 MAX 8" təyyarə işlədən “Southwest Airlines” şirkəti ilin birinci rübündə 200 milyon ABŞ dolları məbləğində zərər çəkdiyini bildirib. BBC xəbər verir ki, adıçəkilən təyyarələrdən 24 ədədə malik olduğuna görə bu ilin avqust ayınadək 15 min reysi ləğv edən “American Airlines” də zərərinin 350 milyon dollar olduğunu açıqlayıb.
“The Financial Times” xəbər verir ki, Almaniyanın “TUI Airways” şirkətinə sözügedən təyyarələrin qadağan olunması hər həftə 3 milyon avroya başa gəlir, qadağa sentyabr ayınadək davam edərsə, çəkdikləri zərər 300 milyon avroya, yəni 335 milyon dollara çatacaq.
Qeyd olunan qəzalar nəticəsində “Boeing” şirkətinin isə xeyli nüfuz itkisi ilə yanaşı, 1 milyard dollar məbləğində maliyyə zərərinə də uğradığı bildirilir.
Daha əvvəl ABŞ hökumətinin "Boeing 737 MAX 8" təyyarələrinə hələ 2018-ci ildə qadağa qoymaq istədiyi bildirilmişdi.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/boeing737-lere-qadaga-minlerle-reysin-legv-olunmasina-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR