Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil - Təhsil Nazirliyi

Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil - Təhsil Nazirliyi
16:24 29 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

“2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur”. Bu açıqlama Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilib.

 

Məlumatda qeyd olunub ki, hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb: “Hazırda istifadə olunan "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrinə gəlincə isə, Təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək”.

 

Nazirlikdən  “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində  “Dinlər tarixi” fənnin ayrıca fənn kimi tədris olunduğu əlavə edilib.

 

Açıqlamada orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin gündəmdə olmadığını da qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR