Lukaşenkodan ATƏT-ə çağırış: Regiondakı problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll edin

Lukaşenkodan ATƏT-ə çağırış: Regiondakı problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll edin
16:57 29 Aprel 2019
107 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT regionunda çoxlu problemlər yığılıb, onlara göz yummaq qətiyyən olmaz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşü zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bu problemləri həll etmək lazımdır.

A.Lukaşenko əlavə edib ki, təşkilat bu problemlərə zəif reaksiyasına görə tez-tez tənqid edilə bilər, amma bu məsələlərin həlli birbaşa ATƏT-in işidir:

"Bu, ilk növbədə Avropa qitəsində təhlükəsizlik təşkilatıdır və bu problemlərə göz yummaq qətiyyən olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR